“Bu gün gündəlikdə komendant saatının tətbiq olunması yoxdur” –

İbrahim Məmmədov
15 Aprel 2020 - 18:27

“Komendant saatının tətbiq olunması bu gün gündəlikdə yoxdur”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

O qeyd edib ki, hazırda həyati vacib strukturlarda çalışanlar var ki, səhər evdən çıxır, işə gedir, qayıdır. Bəziləri  bu icazədən sui-istifadə edir: “Yoluxma sayı aşağı düşsə də, bu, məsələnin həlli demək deyil. Hətta icazəsi olanlar da iş günləri olmadıqda bundan istifadə etməsinlər və evdə qalsınlar”. (APA)