“Bu gün gündəlikdə komendant saatının tətbiq olunması yoxdur” –İbrahim Məmmədov

“Komendant saatının tətbiq olunması bu gün gündəlikdə yoxdur”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

O qeyd edib ki, hazırda həyati vacib strukturlarda çalışanlar var ki, səhər evdən çıxır, işə gedir, qayıdır. Bəziləri  bu icazədən sui-istifadə edir: “Yoluxma sayı aşağı düşsə də, bu, məsələnin həlli demək deyil. Hətta icazəsi olanlar da iş günləri olmadıqda bundan istifadə etməsinlər və evdə qalsınlar”. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Karantin rejiminin uzadılması ilə bağlı təkliflər hazırlayırıq” –

Sonrakı məqalə

“İstehlak kreditləri ilə bağlı güzəşt məsələsi müzakirə olunur” –