Rusiya ordusu bu gün kütləvi raket hücumu zamanı ən azı azı 70 raket atıb.
Bunu Ukrayna Prezidenti Vladimir Zelenski videomüraciət zamanı deyib.
O əlavə edib ki, rusların hədəfi mülki insanlar və mülki infrastrukturdur.
“Təəssüf ki, raketlərin bəziləri hədəfə çatıb, həlak olanlar var, onların ailələrinə başsağlığı verirəm. Rusiyaya məxsus bir neçə raket Moldova və Rumıniyanın hava məkanından keçib. Bu raketlər NATO-ya və kollektiv təhlükəsizliyin pozulmasına çağırışdır. Bu terrorun qarşısını almaq mümkündür və vacibdir. Dünya bunun qarşısını almalıdır”, deyə Zelenski bildirib.