“Aİ və Qərb zəlzələdən sonra Suriyaya heç bir yardım göstərməyib”- SƏFİR

“Avropa İttifaqı və Qərb ölkələri faktiki olaraq zəlzələdən sonra Suriyaya humanitar yardım göstərməkdən imtina etdilər”.

Azpost.info xəbər verir ki, bunu Suriyanın Rusiyadakı səfiri Bəşər Cəfəri deyib.

“Qərbin hətta bu dəhşətli zəlzələ zamanı da Suriya ilə bağlı siyasəti, Qərb ölkələrinin insanlığa qarşı ikiüzlülüyünün birbaşa sübutudur. Zəlzələdən artıq 5 gün keçsə də, Avropa İttifaqı və Qərb ölkələri Suriyaya heç bir yardım göstərməyib”, – səfir bildirib.

O, həmçinin qeyd edib ki, Qərb ölkələrinin sanksiyaları səbəbindən Suriya zəlzələnin nəticələrinin aradan qaldırılmasında çətinliklərlə üzləşib: “Suriya 11 ildir ki, sanksiyalar altında olduğu üçün indi bizim insanları dağıntılar altından xilas etmək üçün avadanlıqlarımız yoxdur. Təəccüblüdür ki, dünən BMT Suriyaya bir humanitar yardım karvanı çatdırıb. Təəssüf ki, Qərbdə hər şey siyasiləşib, hətta humanitar yardım belə. Təsəvvür edirsinizmi ki, təcili yardım maşınlarının yaralıları daşımaq üçün yanacağı belə, yoxdur, ABŞ isə üçüncü ölkələrə satmaq üçün qazımızı və neftimizi oğurlayır”.

Azpost.info

Əvvəlki məqalə

“Çadır şəhərciyində yaşamaq istəməyənlərə 1 illik kirayə haqqı ödəniləcək”

Sonrakı məqalə

“Bu gün Rusiya Ukraynaya 70 raket atıb” –