Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Gündəm

COP29-la bağlı 2 dildə fəaliyyət göstərən Çağrı Mərkəzi işə başladı

Orkhan Ali 01 Noyabr 2024 - 13:00 (Last updated: 21 May 2025 - 20:15)
1730450974213221520_1200x630

COP29 tədbirinə hazırlıq məqsədilə bu gündən etibarən Çağrı Mərkəzi fəaliyyətə başlayıb. Məqsəd ziyarətçi təcrübəsinin yaxşılaşdırılması və qonaqların məlumatlılıq səviyyəsinin yüksəldilməsidir. Həm şəhərin qonaqları, həm tədbir iştirakçıları, həm də yerli sakinlər *1029 qısa nömrəsinə yığaraq öz suallarına cavab tapa bilərlər.

Bunu COP29 Azərbaycan Əməliyyat Şirkətində ziyarətçi təcrübəsi üzrə sektor müdiri İlkin Cavadov jurnalistlərə müsahibəsində deyib.

Çağrı Mərkəzinin COP tədbirləri tarixində ilk dəfədir yaradıldığını bildirən İ.Cavadovun sözlərinə görə, ziyarətçilər və tədbir iştirakçıları ənənəvi zəng üsulu olan Çağrı Mərkəzindən əlavə, rəsmi cop29.az veb-saytı üzərindən xüsusi çat, eyni zamanda, vatsap və teleqram kanallarından faydalana bilərlər.

Bildirilib ki, Çağrı Mərkəzi və çatlar vasitəsilə Azərbaycan və ingilis dillərində xidmət göstəriləcək. “Mərkəzin noyabrın 1-dən ayın sonuna kimi fəaliyyət göstərməsi nəzərdə tutulub. Noyabrın 4-dən etibarən pre-sessiyaların başlaması səbəbindən iş rejimi 24 saat olacaq. Bu, noyabrın 23-nə kimi davam edəcək. Noyabrın 1-dən 4-nə kimi və noyabrın 23-dən sonra ayın sonuna kimi qısaldılmış rejimdə fəaliyyət göstərəcək. Çünki bəzi qonaqlar ölkəmizdə tədbirdən sonra da bir neçə gün qalacaqlar. Ona görə də noyabrın sonuna kimi onlara dəstəyimizi davam etdirmək istəyirik. Hazırda Çağrı Mərkəzi qısaldılmış rejimdə – səhər 8:00-dan axşam 20:00-a kimi fəaliyyət göstərir. Çağrı Mərkəzində təkcə bir növbə üzrə 8 nəfər müraciətləri cavablandıracaq. Tədbirin başlamasından sonra monitorinq aparılaraq zənglərin, müraciətlərin çoxluğuna əsasən işçi say tənzimlənəcək”, – deyə İ.Cavadov qeyd edib.

Post navigation

Previous: İlham Əliyev “28 May”ın qarşısında aparılmış təmirlə tanış olub
Next: Qarabağ müharibəsində itkin düşmüş döyüşçünün məzarı 32 ildən sonra tapıldı

Oxşar xəbərlər

kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19
turk xin
  • Gündəm

Türkiyə Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib

User 18 Oktyabr 2026 - 12:23
turk azerbaycan
  • Gündəm

Azərbaycanın milli maraqları və Türkiyənin regional siyasəti:

User 17 Oktyabr 2026 - 15:00

xƏBƏR

mahni oxumaq
  • Maraqlı

Mahnı insanı illər əvvələ necə qaytarır? – Musiqi ilə yaddaş arasındakı maraqlı əlaqə

User 25 Oktyabr 2026 - 14:40
Bəzən radioda təsadüfən eşidilən bir mahnı insanın yadına məktəb illərini, ilk sevgisini və ya çoxdan görmədiyi bir...
Read more about Mahnı insanı illər əvvələ necə qaytarır? – Musiqi ilə yaddaş arasındakı maraqlı əlaqə
Kirayə ev tutanlar müqavilədə bu 6 məqama diqqət etsin! Müqavilə
  • Sosial

Kirayə ev tutanlar müqavilədə bu 6 məqama diqqət etsin!

User 25 Oktyabr 2026 - 14:20
Bank kartı ilə bağlı 7 səhv pul itkisinə səbəb ola bilər Kart
  • Maraqlı

Bank kartı ilə bağlı 7 səhv pul itkisinə səbəb ola bilər

User 25 Oktyabr 2026 - 14:00
Sabaha olan hava proqnozu avto yaqisli hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 25 Oktyabr 2026 - 13:41
Niyə bəzi mahnılar və köhnə kitablar illər keçsə də unudulmur? kitab
  • Maraqlı

Niyə bəzi mahnılar və köhnə kitablar illər keçsə də unudulmur?

User 25 Oktyabr 2026 - 12:50
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.