Bu il 11,5 min şəxsə əlillik təyin edilib

Bu ilin ilk rübü ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 11,5 min şəxsə əlillik təyin edilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, onlardan 5,6 mininə ilkin, 5,9 mininə təkrar əlillik təyinatı aparılıb. Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər (pensiya, müavinət, təqaüd) təyin olunub.

Son üç ayda Agentliyin reabilitasiya müəssisələrində əlilliyi olan 24,8 min şəxsə isə reabilitasiya xidmətləri göstərilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.