Bu il 186 min manat istehlakçılara qaytarılıb- Dövlət Xidməti

Bu ilin birinci yarısında ərzində istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahəsində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olmuş 1274 müraciət təmin edilib.

Bu barədə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli bildirib.

Təmin edilmiş müraciətlər üzrə 186 min 10 manat vəsait sahibkarlıq subyektləri tərəfindən istehlakçılara geri qaytarılıb, 34 min 687 manat dəyərində dəymiş ziyan ödənilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə təmin edilmiş istehlakçı müraciətlərinin sayında 7,5 faiz artım olub. Belə ki, ötən ilin müvafiq dövründə Dövlət Xidmətinə daxil olmuş 1185 müraciət təmin olunub, 169 min 286 manat vəsait istehlakçılara qaytarılıb, 15 min 80 manat dəyərində dəymiş ziyan ödənilib.

Əvvəlki məqalə

Şuşaya Azərbaycanın digər regionlarından da turlar təşkil olunacaq

Sonrakı məqalə

“Rusiya ilə “taxıl sazişi”nin bərpasına dair danışıqlar aparmayacağıq”