Bu il Azərbaycanda baş verən fövqəladə hadisələrdə 16 nəfər ölüb-55 nəfər xəsarət alıb

Bu il Azərbaycanda baş verən fövqəladə hadisələrin statistikası açıqlanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, 2020-ci ilin I rübü ərzində respublika ərazisində 4040 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2019-cu ilin I rübü ilə müqayisədə 2000 hadisə və ya 98% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 16 nəfər ölüb, 55 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 7 nəfər xilas edilib, 262 nəfər təxliyə olunub.

Məlumatda qeyd olunur ki, 2020-ci ilin I rübü ərzində baş vermiş yanğın hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 624 olub. Yanğın hadisələri zamanı 16 nəfər ölüb, 37 nəfər xəsarət alıb. Bu da ötən il ilə müqayisədə yanğından həlak olanlar üzrə 13 nəfər və ya 45% , xəsarət alanlar üzrə 12 nəfər və ya 24% azdır.

Yanğın hadisələri zamanı 16 nəfər həlak olmuş, 37 nəfər xəsarət almış, bu da ötən ilin I rübü ilə müqayisədə yanğından həlak olanlar üzrə 13 nəfər və ya 45% azdır, xəsarət alanlar üzrə 12 nəfər və ya 24% azdır.

2020-ci ilin I rübü ərzində respublika ərazisində 13 partlayış hadisəsi baş verib ki, bu da 2019-cu ilin I rübü ilə müqayisədə 10 hadisə və ya  43% azdır.

Partlayışlar zamanı 18 nəfər xəsarət alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İlon Mask göydə peykləri cərgəyə düzdü –

Sonrakı məqalə

“ASAN xidmət” və “ASAN Kommunal” növbələrlə bağlı vətəndaşlara müraciət edib