Bu il benzin və dizel satışından əldə olunan gəlir 1 milyard manatı ötüb

Cari ilin yanvar-may aylarında Azərbaycanda yanacaq istehlakçıları 1 milyard 251,7 milyon manat məbləğində avtomobil benzini və dizel yanacağı alıblar.

Dövlət Statistika Komitəsindən bildirilib ki, 2023-cü ilin müvafiq ayları ilə müqayisədə istehlakçılara avtomobil benzini və dizel yanacağı satışından əldə edilən gəlir 6,1 faiz artıb. Hesabat dövründə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində avtomobil benzini və dizel yanacağı satışından 5,8 faiz gəlir əldə edilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.