Bu il keçid balları necə olacaq?- AÇIQLAMA

Builki keçid balları ümumi nəticələrə əsasən formalaşacaq.

Bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin direktorlar şurasının sədri Məleykə Abbaszadə deyib.

“Eləcə də ixtisasa müraciət edənlərin sayı da, keçid balına təsir edən məsələdir. Builki keçid ballarına uşaqların nəticələrindəki orta balın yüksəlməsi təsir edəcək. Azərbaycanda bu il iki yeni universitetə də qəbul olacaq. Bu mənada, balların artması yüksək prestijli ixtisaslarda ola bilər, amma bunu konkret demək çətindir”, – o əlavə edib.

Əvvəlki məqalə

Leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək

Sonrakı məqalə

“Avropa İttifaqı söz azadlığını məhv edir”