Fransanın “LVMH” (Louis Vuitton Moet Hennessy) şirkətlər qrupunun kapitallaşması 500 milyard dolları ötüb. Bununla da “LVMH” kapitallaşması 500 milyard dollardan çox olan Avropada ilk şirkət olub.
“Bloomberg”-in məlumatına görə, bununla da holdinqin rəhbəri Bernard Arnonun sərvəti 211 milyard dolları ötüb.
Bu il sərvətini ən çox artıran ilk 5 milyarder isə bunlardır:
Milyader | Sərvət artımı | Sərvəti |
Bernard Arno | 49,7 milyard dollar | 211,8 milyard dollar |
Mark Zukerberq | 32,7 milyard dollar | 78,4 milyard dollar |
İlon Mask | 28,3 milyard dollar | 165,4 milyard dollar |
Fransuaza Bettenkur Meyers | 24,6 milyard dollar | 96,1 milyard dollar |
Ceff Bezos | 23,9 milyard dollar | 130,9 milyard dollar |