Bu il yeni doğulan uşaqlara ən çox qoyulan adlar- SİYAHI

Bu ilin ötən dövrü ərzində Azərbaycanda yeni doğulan uşaqlara qoyulan adların statistikası müəyyən edilib.

Ədliyyə Nazirliyinin məlumatına görə, bu il doğulan oğlan uşaqlarına ən çox Uğur (1488), qızlara isə Zəhra (1044) adı verilib.

Oğlan adlarında sonrakı yerləri Əli (1160), Yusif (1004) və Hüseyn (1146) tutur.

Qız uşaqlarına isə ən çox qoyulan digər adlar Zeynəb (1033), Məryəm (1031), Aylin (951), Fatimə (777) və Mələkdir (731).

Qeyd edək ki, il ərzində yeni doğulan uşaqlara verilən adlarla bağlı məlumat Ədliyyə Nazirliyinin təqdim etdiyi elektron xidmətlər sırasında “Azərbaycan adları barədə məlumat” bölməsində yerləşdirilib. Vətəndaşlar bu elektron xidmətdən istifadə edərək yeni doğulmuş uşaqlara ad verərkən həmin adın axtarışı, mənası, şərhi, onunla bağlı statistik məlumat əldə edə bilərlər. Ədliyyə Nazirliyinin müvafiq elektron xidmətindən qurumun rəsmi internet saytı və ya “Elektron hökumət” portalı vasitəsilə yararlanmaq mümkündür.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.