Bu ilin I yarım illiyində Meksikanın Azərbaycana ixracı artıb

20 İyul 2020 - 15:33

Azərbaycan Dövlət Gömrük Komitəsinin dərc etdiyi rəqəmlərə əsasən, 2020-ci ilin yanvar-iyun dövrü ərzində Meksikanın Azərbaycana ixracı 30.3 milyon dollar təşkil edib.

Meksikanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 32.43 % artımı göstərir.

“Bu göstəricilər Meksikanı Azərbaycanın əsas Latın Amerika ticarət tərəfdaşı kimi təsdiq edir. Qeyd etmək lazımdır ki, ikitərəfli ticarətin tənəzzülü COVID-19 pandemiyasının dünya ticarətinə təsir etdiyi ayları da əhatə edir. Həmçinin, Azərbaycanın neft sənayesi üçün olan borular, avtomobil, tekila və limon, avokado və manqo kimi Meksika məhsullarına artan marağını göstərir.  

Bu pozitiv tendensiya davam etdiyi təqdirdə, Meksika və Azərbaycan arasındakı ticarət 2020-ci ildə tarixi maksimum həddə çata bilər və 2019-cu ildə müşahidə edilən 52.4 milyon dollar rəqəmini keçə bilər. 

Dünya üzrə Meksika məhsulları Azərbaycan tərəfindən idxal olunan ölkələr sırasında 23-cü yeri tutur, nəzərə alsaq ki, 2014-cü ildə 54-cü yerdə qərarlaşıb”, – deyə bildirilib.