“Bu mesajı Rusiyaya çatdırmaqda bizə kömək edin!”– Fransa lideri

“Çin, Hindistan və digər ölkələr Ukraynadakı vəziyyəti həll etmək üçün Rusiyanın danışıqlar masasına qayıtmasına çalışmalıdır”.

Azpost.info xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.

“Fransa təkcə Ukraynaya dəstək verməklə məşğul deyil. O, bunu davam etdirəcək, eyni zamanda digər ölkələrlə – Çin, Hindistan, bütün region, Yaxın Şərq, Afrika, Latın Amerikası ilə də sıx əməkdaşlıq edəcək”, – Fransa dövlət başçısı qeyd edib.

Onun sözlərinə görə, Ukraynadakı vəziyyət digər dövlətlərə də təsir edir və ciddi destabilizasiyaya çevrilir: “Bu mesajı Rusiyaya çatdırmaqda bizə kömək edin”, – Makron çağırış edib.

Makron hesab edir ki, Rusiya xüsusi əməliyyat keçirməyi dayandırmalı və Ukrayna tərəfi ilə danışıqlar masasına oturmalıdır.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan Ordusu tank bölmələrini döyüş təlimlərinə çıxarıb –

Sonrakı məqalə

Avropa Parlamenti Rusiya əleyhinə qətnamə hazırlayıb