“Bu münaqişə amansızdır, əsassızdır, onu durdurun!” –Pele Putinə açıq məktub yazdı

“Bu münaqişə amansızdır, əsassızdır. Ağrıdan, qorxudan, dəhşətdən və iztirabdan başqa heç nə gətirmir… Müharibələr ancaq xalqları parçalamaq üçün mövcuddur”.

Azpost.info xəbər verir ki, bu fikirlər əfsanəvi futbolçu Pelenin Rusiya prezidenti Vladimir Putinə açıq məktubundandır.

Pele Putindən mənasız qanı dayandırmağı xahiş edib: “Mən bu matçdan (Şotlandiya – Ukrayna) istifadə edərək xahiş etmək istərdim – bunu dayandırın! Zorakılığa haqq qazandıra biləcək heç bir şey yoxdur. Ukraynalılar ən azı 90 dəqiqə öz ölkələrində hələ də baş verən faciəni unutmağa çalışacaqlar. Dünya çempionatına vəsiqə qazanmaq artıq çətin məsələdir. Bu qədər insanın həyatı təhlükə altında olanda bu, demək olar ki, qeyri-mümkün olur. Mən müharibələri, liderlərin xalqlarının təhlükəsizliyi üçün nifrət dolu çıxışlarını müşahidə etdiyim səkkiz onillik yaşadım. Biz o zamana qayıda bilmərik, təkamül etməliyik. Keçmişdə görüşəndə, böyük təbəssümlə əl sıxdığımızda bir-birimizdən bu qədər uzaq olacağımızı heç düşünməzdim. Bu münaqişəni dayandırmaq sizin əlinizdədir. 2017-ci ildə son görüşümüz zamanı Moskvada sıxdığım əllərdə”.

Azpost.info

Əvvəlki məqalə

Allahşükür Paşazadənin Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb

Sonrakı məqalə

General Rövşən Əkbərovun səhhətində problem yaranıb