Bu müsəlman ölkəsində üzünü tam örtən qadınlar cərimələnəcək

Qırğızıstan parlamenti üzünü örtən və vətəndaşların şəxsiyyətini müəyyən etməyə imkan verməyən paltar geyinməyə görə cərimənin tətbiqini dəstəkləyib.

Bu paltarı ictimai yerlərdə geyinməyə görə, iş və rəsmi fəaliyyətlə əlaqəli geyimlər istisna olmaqla, 20 min som (təxminən 373 manat) cərimə edilir.

Dini zəmində siyasi partiyaların yaradılması və dini tədris müəssisəsindən kənarda fərdi qaydada dini fənlərin tədrisi də qadağandır. (Lent.az)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.