“Bu nəslə artıq yaxşı musiqi dinlətmək mümkün deyil” –CAVANŞİR QULİYEV

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi “Mahnılarımız monitorinq aynasında” adlı hesabat tədbiri keçirib. Tədbirdə xalq arasında yayılmış 200-ə yaxın mahnı bayağı hesab edilib, 2000-dən çox musiqi əsərində nöqsanlar aşkarlanıb. Milli-mənəvi dəyərlərimizə xələl gətirdiyi deyilən mahnıların siyahısı dərc edilib. 

Azpost.info bildirir ki, əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev Lent.az-a açıqlamasnıda bu hesabtla bağlı fikirini bildirib: “Biz neçə il öncə bu barədə deyəndə, danışanda deyirdilər qısqanclıq edirik. İllərlə mən və həmkarlarım bu barədə yazdıq, xahiş etdik ki, millətin zövqünü korlamayın. Dedik efirlərə verməyin. O zaman internet yox idi. Dinləyən olmadı, elə bildilər qərəzli niyyətimiz var. Təbliğ olundu”.

Bəstəkar deyib ki, Azərbaycan xalqının yeni nəsli bu təbliğat altında böyüyüb, bayağı mahnıların dinləyicilərinə çevrilib: “İndən belə bu nəslə keyfiyyətli musiqi dinlətmək mümkün olmayacaq. Biz çox deyirdik, axırı pis olar, pis olar, oldu. Qorxduğumuz başımıza gəldi. İndi daha qadağalarla, efirdən çıxarmaqla öhdəsindən gələ bilməyəcəklər. İndi televizora baxan, radio dinləyən az sayda adam var. Hamının əlində telefon, internet vasitəsilə istədiyini dinləyə bilər. İnternetə qadağa qoymaq isə siyasi hadisə olardı.

Mən bir şeyə yanıram ki, bizi illərlə dinləmədilər. Günah təbliğat vasitələrində, konsert təşkilatlarındadır. Onlar artıq qulağı, zövqü şikəst nəsil yetişdiriblər. Bu nəslə artıq yaxşı musiqi dinlətmək mümkün deyil. Gərək gözləyək ki, 40-50 il sonra yeni gələn nəsillər zövqü sağlam nəsillər olsunlar. Onu da əgər indi başlayıb, tərbiyə edə bilsələr”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.