Bu ölkədə ölülərin külündən karandaş hazırlayırlar

ABŞ-da qeyri-adi bir mərasim dəbi yayılmağa başlayıb – insanların kremasiya olunmuş külündən karandaş hazırlanması. Bu ideya həm ekoloji yanaşma, həm də “həyatın dövriyyəsi” fəlsəfəsi ilə əlaqələndirilir.

AzPost xəbər verir ki, proses zamanı mərhumun külündən alınan karbon maddəsi digər elementlərlə birləşdirilərək qrafit halına gətirilir. Təxminən 3 kiloqram külün hesabına 250 ədəd karandaş hazırlamaq mümkündür.

Hazırlanan karandaşlar xüsusi taxta qutuda yerləşdirilir. Qutunun içində bərkidilmiş itiləyici olur və itiləmə zamanı yaranan karandaş yonuntuları yenidən həmin qutuda toplanır. Beləcə, qutu mərhumun xatirəsini daşıyan simvolik urnaya çevrilir.

Bu xidmətin qiyməti təxminən 400 ABŞ dolları (təqribən 700 manat) təşkil edir. Hazırda belə xidmətlər Azərbaycanda təqdim edilmir, lakin Qərbdə bu tendensiya xatirəvi və təbiət dostu bir addım kimi qəbul olunur.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.