“Bu qərar mənə qarşı “əcinnə ovu”na son qoyacaq” –TRAMP

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bəyan edib ki, Ali Məhkəmənin toxunulmazlıq qərarı ona qarşı “əcinnə ovuna” son qoyacaq.

Azpost.info bildirir ki, Tramp bu barədə özünün Truth Social səhifəsində yazıb.

“Ali Məhkəmənin qərarı ilə fırıdaqçı Bayden tərəfindən mənə qarşı təşkil edilən “əcinnə ovu”na son qoyacağı aydındır”, – Tramp yazıb.

Siyasətçi həmçinin qeyd edib ki, ona qarşı bütün “haqsız ittihamlar” prezident seçkilərinə müdaxilə cəhdi olub.

Baydenin özü bir qədər əvvəl bildirib ki, ABŞ Ali Məhkəməsinin Trampın işi ilə bağlı qərarı təhlükəli presedent yaradır və ölkədə qanunun aliliyinə xələl gətirir.

Əvvəlki məqalə

Kişi küçədə tapdığı 16 min avronu sahibinə qaytardı

Sonrakı məqalə

“Bayden xəstə deyil…” –