“Bu, sadəcə kağız parçasıdır, təəssüf doğurur” –Milli Məclisin sədrindən Avropa Parlamentinin qətnaməsinə sərt münasibət

“Avropa parlamentində “hərbi əsir”lərlə bağlı qəbul edilən qətnamə təəssüf doğurur”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, erməni təbliğatının təsiri altında Azərbaycana qarşı belə sənəd qəbul edilib: “Bu, sadəcə kağız parçasıdır. Bu, Avropa İttifaqının Azərbaycana qarşı münasibətini əks etdirmir. Azərbaycan Aİ ilə münasibətlərin hərtərfəli inkişafında maraqlıdır. Avropa Parlamentində bəzi qərəzli qrupların səyləri Azərbaycan və Aİ arasında münasibətlərə heç bir xələl gətirə bilməyəcək”. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Milli Məclisin iclası başlayıb

Sonrakı məqalə

FHN Xaçmazda qəbiristanlıqda tapılan hərbi sursatlarla bağlı məlumat yayıb