“Azərbaycan Avropa İttifaqı ilə saziş bağlanacağı təqdirdə bunun Rusiya ilə münasibətlərində gərginləşməyə səbəb ola biləcəyini başa düşür”.
Azpost.info bildirir ki, bu sözləri politoloq Zərdüşt Əlizadə gözlənilən sazişi “Ayna”ya şərh edərkən bildirib.
Onun sözlərinə görə, indi tərəflər Avropa İttifaqı ilə Rusiya arasındakı rəqabəti alt-üst edən və heç bir halda Azərbaycanın daxili işlərinə qarışmaq imkanı verməyən sazişlərin asanlaşdırılmış variantı barədə razılığa gələ bilmir: “Yerdə yalnız Avropa İttifaqına enerji qaynaqları təklif edə biləcəyimiz ticari məsələ qalır ki, bu zaman da avropalılar bütün bazarımızı ələ keçirəcəklər. Bu isə, ölkə rəhbərliyinə lazım deyil”, – deyə siyasi şərhçi vurğulayıb.
Z.Əlizadə qeyd edib ki, Azərbaycan ilə Aİ arasında sazişlərin imzalanmasının özünəməxsus xüsusiyyətləri var
Qeyd edək ki, Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasındakı danışıqlar artıq uzun zamandır davam edir. Brüsseldəki diplomatik mənbələrə istinadən euroactiv.com nəşrinin verdiyi məlumata görə, müqavilələrin imzalanmasında əngəl olan ticarət mövzusundakı fikir ayrılığıdır. Mənbədə qeyd olunur ki, Yunker Komissiyası (Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker – red.), Bakının müqavilə layihəsinin ticari hissəsində irəliləməsi şərti ilə, iki ay ərzində Azərbaycanla yeni ticari və siyasi saziş barədə danışıqların başa çatacağına ümid edir.