Bu şirkət 6 milyon manata Kəlbəcərdə elektrik stansiyası tikəcək –Tenderin qalibi məlum oldu

“Azərişıq”ın Kəlbəcər şəhərində yeni yarımstansiya və İdarəetmə Mərkəzinin tikilməsi üçün elan etdiyi tenderin qalibi məlum olub. 

Azpost.info bildirir ki, tenderin açıqlanan nəticələrinə görə, “ENERJİ KONSTRUKTİON” MMC qalib gəlib.

Layihəyə əsasən Kəlbəcər şəhəri ərazisində yeni 35/0,4 kV-luq yarımstansiya və İdarəetmə Mərkəzinin tikilməli, avadanlıqların quraşdırılmalı və 35 kV-luq iki dövrəli kabel xətti çəkilməlidir.

Tenderin məbləği 5 milyon 927 min 790 manatdır.

“ENERJI CONSTRUCTION” MMC 2020-ci ilin yanvar ayının 13-də dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı yüz manat olan şirkətin qanuni təmsilçisi Mollayev Mənsur Şahin oğludur.

Azpost.info

 

 

Əvvəlki məqalə

Almaniyanın keçmiş kansleri Şröder Moskvadadır

Sonrakı məqalə

Londondan Rusiyaya yeni sanksiyalar