“Bu təkcə Azərbaycana deyil, eyni zamanda Türkiyəyə hücumdur” –

Türk ordusunun generalı Özgür Tor
20 İyul 2020 - 12:04

Ermənistan ordusunun Azərbaycanla sərhədin Tovuz istiqamətində iyulun 12-dən başlayan və dörd gün davam edən təcavüzü Türkiyə mediasında da geniş müzakirə olunmaqdadır.

Türkiyə ordusunun istefada olan generalı Özgür Tor “Ahaber” telekanalında bu hadisələri şərh edərkən hücum üçün niyə məhz Tovuz istiqamətinin seçilməsindən danışıb. Generalın şərhindən fraqmenti sabah.com.tr dərc edib.

İstefada olan general Özgür Tor deyib ki, hücum üçün Tovuz istiqamətinin seçilməsi təsadüfi deyil. Çünki Bakı-Tbilisi-Ceyhan neft kəməri, TANAP qaz kəməri, eləcə də Bakı-Tbilisi-Qars dəmir yol xətti döyüşlərin getdiyi bölgənin yaxınlığından keçir. Bu baxımdan Ermənistanın hücumu həmin bölgədən keçən strateji enerji xətlərini kəsməyə yönəlmiş addım idi.

“Ona görə də bu təkcə Azərbaycana qarşı deyil, dolayısı ilə həm də bizə qarşı hücumdur. Çünki Türkiyənin enerji təchizatını həyata keçirən xətlər həmin bölgədən keçir”,-o deyib.

Özgür Tor bildirib ki, tarixən bu bölgədə erməni dövləti mövcud olmayıb, baxmayaraq ki, ayrı-ayrı ərazilərdə ermənilər yaşayıb. Onun sözlərinə görə, bölgədə erməni dövlətinin qurulması Rusiyanın planı idi, məqsəd Türkiyənin Orta Asiyadakı türk torpaqları ilə quru əlaqəsini kəsmək olub. Türk generalı vurğulayıb ki, Ermənistanın təkbaşına nə Azərbaycan ordusu ilə, nə Türkiyə ilə qarşı-qarşıya dayanmaq gücü yoxdur. O, Rusiyaya arxalanaraq bu hərəkətləri edir. (Virtualaz.org)

https://www.sabah.com.tr/video/turkiye/azerbaycan-ermenistan-savasi-cikacak-mi-ermenistanin-arkasindaki-gucun-hedefi-ne-video