“Bu terror aktında Saakaşvilinin rolu araşdırılmalıdır”- Gürcüstan Baş naziri

“Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin 2016-cı ildə deputat Givi Tarqamadzeyə sui-qəsd cəhdində izi istintaqın xüsusi maraq dairəsinə düşməlidir”.

Azpost.info xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze bildirib

Baş nazirin sözlərinə görə, Tarqamadzenin avtomobilinin partladılması seçkilərə təsir etmək məqsədi ilə edilib.

“Bu cinayətdə Mixail Saakaşvili və Gia Lortkipanidzenin (Gürcüstan Daxili İşlər Nazirliyinin keçmiş rəis müavini) izinin müəyyən edilməsi bizi düşündürür və istintaq üçün xüsusi maraq kəsb etməlidir”, – Kobaxidze deyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.