Büdcənin icrasında kəsir yaranıb- Maliyyə Nazirliyi

Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, 2023-cü ilin yanvar-avqust aylarında dövlət büdcəsinin gəlirləri 20 milyard 431,2 milyon manat, xərcləri 20 milyard 649,7 milyon manat təşkil edib, büdcənin icrasında 218,5 milyon manatlıq və ya ümumi daxili məhsulun 0,3 faizi qədər kəsir yaranıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, 2023-cü ilin yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirləri 18 milyard 766,6 milyon manat, xərcləri isə 17 milyard 620,5 milyon manat təşkil edib. Büdcənin icrasında yaranmış 1146,1 milyon manatlıq profisit ümumi daxili məhsulun 1,6 faizinə bərabər olub. Daxilolmaların 34,7 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 25,3 faizi əlavə dəyər vergisi, 5,2 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 5,2 faizi fiziki şəxslərin gəlir vergisi, 4,4 faizi aksizlər, 1,2 faizi sadələşdirilmiş vergi, 1,9 faizi vergilərin digər növləri, 22,1 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib. Büdcə vəsaitlərinin 26,6 faizi iqtisadi fəaliyyətin, 18,8 faizi təhsil və səhiyyənin, 14,2 faizi müdafiə və milli təhlükəsizlik tədbirlərinin, 14,1 faizi sosial müdafiə və sosial təminatın, 10,8 faizi ümumi dövlət xidmətlərinin, 15,5 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.

Əvvəlki məqalə

Lukaşenko Putinlə görüşmək üçün Rusiyaya gedib

Sonrakı məqalə

Düşənbədə Azərbaycan və Tacikistan prezidentlərinin təkbətək görüşü olub