Bülletenlərin 86,4%-i sayılıb –Paşinyan 55 faizlə liderdir

Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) səslərin 86,4%-ni artıq sayıb. Bu, 2008 seçki məntəqəsindən 1808-dən toplanmış bülletenlər deməkdir.

Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası ölkədə keçirilmiş növbədənkənar parlament seçkilərində səslərin 55,02% seçici səsi toplayıb.

İkinci yerdə 20,41% seçici səsini qazanan eks-prezident Robert Köçəryanın “Ermənistan” bloku qərarlaşıb. “Mənim şərəfim var” blokuna 5,23% (Serj Sarqsyan və Artur Vanetsyan), “Çiçəklənən Ermənistan” partiyasına isə (Qagik Tsarukyan) 4,1% seçici səs verib.

Qalanları isə 3% belə səs toplaya bilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan MSK ilkin nəticələri açıqlayıb

Sonrakı məqalə

Sabirabadda 17 yaşlı qız məzun məclisində bıçaqlanıb