Sabirabadda 17 yaşlı qız məzun məclisində bıçaqlanıb

Sabirabadda məzun olan qız bıçaqlanıb.

Saat 08.00 radələrində Sabirabad rayonunun Surra kəndi ərazisində yerləşən restoranlardan birində rayonun 5 saylı orta məktəbinin məzunlarının təşkil etdiyi tədbirdə bıçaqlanma hadisəsi baş verib.

Məzunların iştirak etdiyi məclisə yaxınlaşan Sabirabad sakini, 2002-ci il təvəllüdlü Qasımlı Sübhan Eldəniz oğlu Sabirabad sakini olan 2004-cü il təvəllüdlü Nəsirzadə Nigar Anar qızını kürək nahiyəsindən bıçaqlayıb. Məzun qız Şirvan Şəhər Xəstəxanasına çatdırılaraq əməliyyata götürülüb. (APA)

Faktla bağlı araşdırma aparılır. S.Qasımlının saxlanılması istiqamətində tədbirlər görülür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bülletenlərin 86,4%-i sayılıb –

Sonrakı məqalə

Azərbaycana yay gəlib