Ermənistan MSK ilkin nəticələri açıqlayıb-Paşinyanın partiyası 58 faizlə liderdir

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası 58,04% səslə liderlik edir, sabiq prezident Robert Köçəryanın bloku 22,01% səslə ikinci yerdədir.

TASS xəbər verir ki, bunu seçki məntəqələrinin təxminən 4%-nin nəticələrinin MSK tərəfindən hesablanması barədə əldə olunmuş məlumatlar göstərir.

MSK-nın məlumatına görə, eks-prezident Serj Sarqsyanın dəstək verdiyi, Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyanın rəhbərlik etdiyi “Mənim şərəfim var” bloku 5,66% səs qazanaraq üçüncü yerdədir, dördüncü yerdə isə 5,11% səslə iş adamı Qagik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyası yer alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyə millisi qrupda qaldı –

Sonrakı məqalə

Bülletenlərin 86,4%-i sayılıb –