Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Bullinqə qarşı ictimai vəkillik mövzusunda təlim keçirilib

User 17 Oktyabr 2025 - 08:30 (Last updated: 17 Oktyabr 2025 - 12:34)
bu01

“Üfüq Xeyriyyə” Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bullinqə məruz qalan məktəblilər arasında ictimai vəkillik” layihəsini həyata keçirir.

Layihənin məqsədi bullinqə məruz qalan və məruz qalma təhlükəsi ilə üzləşən, şagird davranış qaydalarına əməl etməyən uşaqlar arasında maarrifləndirmə işlərinin aparılması, onların psixoloji vəziyyətlərinin qiymətləndirilməsi, öz hüquqlarını müdafiə etmələrini təmin etmək üçün hüquqi, sosial və psixoloji istiqamətlər üzrə ictimai vəkilliyin aparılmasıdır. 14 oktyabr 2025-ci il tarixində baş tutan təlimdə layihə rəhbəri Nuriyyə Abbasova çıxışında layihənin əsas məqsədi və bullinq mövzusunun aktuallığından bəhs etmişdir.

Təlim Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 295 saylı məktəbdə həyata keçirilmiş və 25 – dən çox valideyn cəlb edilmişdir. Təlimçi Sara Ağayeva tərəfindən  “Bullinq nədir?” adlı maarifləndirici və interaktiv təlim keçirilmiş, təlimdə bullinq haqqında ümumi məlumat verilmiş, təlim zamanı valideynlər arasında keçirilən müzakirə və rol oyunları sayəsində “Bullinqin uşaqların psixologiyasına akademik göstəricilərinə, sosial həyatlarına təsiri və valideynlərin rolu”,  “Bullinq edən uşaqların davranışları: Valideynlər üçün siqnallar” kimi mövzulardan bəhs edilmişdir.

Təlimin növbəti sessiyasında psixoloq Aytac Hətəmli bullinqə məruz qalma hallarını aşkara çıxarmaq məqsədilə məktəblilər üçün keçirdiyi “Kaktus” terapiyasında çəkilmiş rəsmlərin izahını və məktəblilərin həyatına təhlükə yarada biləcək məqamlar barədə valideynlərlə müzakirələr aparmışdır. Bu terapiyanın məqsədi uşaqların həm zoralığa, həm də bullinqə məruz qalma hallarını müəyyən etmək və valideynlərə nə etməli olduqlarını çatdırmaq olmuşdur.

Daha sonra sosial işçi Günel Baxışova və hüquqşünas Qəmərcan Xasayzadə tərəfindən 15 valideynin sosial və hüquqi qiymətləndirilməsi aparılmışdır. Eyni zamanda valideynlərlə birgə valideyn komitələrinin yaradılacağından bəhs edilmişdir.

AzPost.az

Post navigation

Previous: Almaniya Rusiyaya məxsus 720 milyon avronu müsadirə etmək istəyir
Next: “Kiss” qrupunun əfsanəvi gitaraçısı Eys Freyli 74 yaşında vəfat edib

Oxşar xəbərlər

restoran qab-qacaq
  • Sosial

Qab-qacağı restorandakı kimi necə parıldatmaq olar? – Sadə üsullar

User 13 Noyabr 2026 - 19:41
omikron xeste
  • Sosial

Pnevmoniya ilə bağlı 3 yanlış fikir – Həkimlərdən izah

User 13 Noyabr 2026 - 19:31
İpoteka
  • Sosial

İpoteka üçün 6848 nəfər müraciət etdi – cəmi 1393 müraciət qəbul olundu

User 13 Noyabr 2026 - 18:53

xƏBƏR

vens
  • Dünya

Vens 2028-ci ildə prezidentliyə namizəd olmaq istəmir -Trampın varisliyindən imtina

User 13 Noyabr 2026 - 19:57
ABŞ-ın vitse-prezidenti Cey Di Vens 2028-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməkdən imtina etməyi ciddi şəkildə...
Read more about Vens 2028-ci ildə prezidentliyə namizəd olmaq istəmir -Trampın varisliyindən imtina
Qab-qacağı restorandakı kimi necə parıldatmaq olar? – Sadə üsullar restoran qab-qacaq
  • Sosial

Qab-qacağı restorandakı kimi necə parıldatmaq olar? – Sadə üsullar

User 13 Noyabr 2026 - 19:41
Tələbələrin fotolarını süni intellektlə montaj edən şəxs saxlanıldı – VİDEO haker telebe
  • Kriminal

Tələbələrin fotolarını süni intellektlə montaj edən şəxs saxlanıldı – VİDEO

User 13 Noyabr 2026 - 19:34
Pnevmoniya ilə bağlı 3 yanlış fikir – Həkimlərdən izah omikron xeste
  • Sosial

Pnevmoniya ilə bağlı 3 yanlış fikir – Həkimlərdən izah

User 13 Noyabr 2026 - 19:31
Putinin Ukraynanı məğlub etmək üçün 4 planı var – ikisi artıq iflasa uğrayıb putin
  • Dünya

Putinin Ukraynanı məğlub etmək üçün 4 planı var – ikisi artıq iflasa uğrayıb

User 13 Noyabr 2026 - 19:23
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.