“Bunu etdiyim üçün çox xoşbəxtəm”- MERİH DEMİRAL

“Belə bir şey etmək istəyirdim və bunu etdiyim üçün çox xoşbəxtəm. Bütün azarkeşlərimiz bizimlə fəxr edirlər”.

Azpost.info xəbər verir ki, bunu türk futbolçu Merih Demiral deyib.

Qeyd edək ki, UEFA dünən Avstriya ilə oyunda “boz qurd” işarəsi göstərən Demiralla bağlı araşdırma başladıb. Qurum futbolçunun məlum işarəni göstərməsini uyğunsuz davranış adlandırıb.

“İki qol vurduğum üçün çox xoşbəxtəm. Qol sevinci var idi və bunu etdim. Bunun türklüklə əlaqəsi var. Türk olduğum üçün çox fəxr edirəm, ona görə də qoldan sonra bunu iliklərimdə hiss etdim. Azarkeşlərimizin bunu tribunada etdiyini gördüm, onları görəndən sonra daha çox etmək istədim. Türk olmaqdan qürur duyuram, bunu hər dəfə deyirəm. Ona görə də qol sevincini bu şəkildə etdim. Bu, olduqca normaldır, türk azarkeşlərimiz də bizimlə fəxr edirlər. İnşallah bunu davam etdirəcəyik. Heç bir mesaj yoxdur, mən sadəcə nə qədər qürurlu və xoşbəxt olduğumu göstərmək istədim”, – Demiral qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

Müdafiə naziri Belarusda keçirilən tədbirlərdə iştirak edib

Sonrakı məqalə

Azərbaycan və Qazaxıstan prezidentləri görüşüb