Bütün ölkə Şəhidlərin xatirəsini sükutla yad edib

04 Dekabr 2020 - 12:07

Vətən müharibəsində şəhid olanların xatirəsi yad edilib.

Bütün ölkə ərazisində şəhidlərin xatirəsi saat 12:00-da bir dəqiqəlik sükutla yad olunub.

Qeyd edək ki, Prezident İlham Əliyev Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında Sərəncam imzalayıb.