Bütün rəqiblər minifutbol millimizi yaxşı analiz etmişdi, hər oyunda çətinlik çəkdik –Taleh Babayev

Avropa çempionatına çox ciddi hazırlaşmışdıq.

APA xəbər verir ki, bunu Azərbaycan minifutbol millisinin müdafiəçisi Taleh Babayev jurnalistlərə açıqlamasında deyib.

O, Azərbaycan millisinin turnirə son çempion kimi qatıldığını vurğulayıb.

“Bütün rəqiblər bizi yaxşı analiz etmişdilər. Hər oyunda çətinlik çəkdik. Millinin hər bir üzvü oyunlara tamamilə fərqli motivasiya hissi ilə çıxırdı. Biz bu çətin işin öhdəsindən gəldik. İkinci dəfə ardıcıl Avropa çempionu olduq. Üzərimizdə çox böyük məsuliyyət hissi var idi”, – Taleh Babayev qeyd edib.

AzPost.az

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.