BVF:"Azərbaycanın böhrana cəld və güclü reaksiyası regionda iqtisadi geriləməni nisbətən yumşaldacaq"

Azərbaycan və Qazaxıstanın koronavirus pandemiyasının yaratdığı böhrana qarşı cəld və güclü reaksiyası nəticəsində Qafqaz və Mərkəzi Asiya (CCA) regionunun neft-qaz ölkələri Orta Şərq və Şimali Afrika (MENAP) neft ixracatçılarına nisbətən daha az zərər görəcək.

APA-Economics” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Orta Şərq və Mərkəzi Asiya regionu üzrə dərc etdiyi “Regional Economic Outlook Update” adlı hesabatında deyilir.

Bunun digər səbəblər kimi, “OPEC+” razılaşması çərçivəsində Qafqaz və Mərkəzi Asiya regionunun ölkələrinin neft hasilatının daha çox azaltması və daha şaxələnmiş iqtisadiyyat göstərilir.

Qeyd edək ki, BVF-nin gözləntilərinə görə, 2020-ci ildə CCA regionun neft-qaz ixracatçılarının ÜDM-i 1,1% azalacaq, MENAP regionunda isə iqtisadi azalma 7,3%-ə bərabər olacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir