“Qazprom” və Türkiyənin BOTAŞ şirkəti arasında boru kəməri ilə qaz tədarükünə dair müqavilə daha üç il müddətinə uzadılıb.

Bu barədə Rusiyanın baş nazirinin müavini Aleksandr Novak bildirib. RİA Novosti xəbər verir ki, tərəflər müqavilənin uzadılması ilə bağlı artıq sənəd imzalayıblar.

Novakın sözlərinə görə, müqavilənin müddəti əvvəlki şərtlər dəyişdirilmədən daha üç il artırılıb.