AzPost Xitab24.az-a istinadən xəbər verir ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 177.2.3-1 və 177.2.4-cü maddəsi üzrə cinayət işi açılıb.
Araşdırmalarla oğurluq hadisəsinin şirkətin qadın əməkdaşı, 1995-ci il təvəllüdlü Ş.H tərəfindən törədildiyi məlum olub.
O, şirkətə məxsus bank kartından 15 min manata yaxın vəsaiti gizli olaraq mənsiməyərək, həmin pullarla “TikTok”da digər istifadəçilərə onlayn hədiyyələr göndərib.
Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində bildirib ki, qadın müdirinin telefonla olan işlərini o həll edib. Buna görə də, bank kartının məlumatları özünə məxsus telefonda qalıb:
“Bank kartının şirkətə məxsus olmasından xəbərim olmayıb. Həyat yoldaşımla münasibtəimiz pis idi, elə bildim ərimin kartıdır. Ona görə də öz istəyimə uyğun bank kartını istifadə etmişəm”.
Dəymiş zarərin qarşı tərəfə geri ödənilməsi təmin edilib. Məhkəmənin hökmü ilə, sözügedən əməllərdə təqsiri sübuta yetirilən qadının azadlığı 2 il müddətinə məhdudlaşdırılıb.