Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayır- Bu tarixdən

Sabahdan Azərbaycanda bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq.

Trend-in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında komissiya sədri Məzahir Pənahov məlumat verib

O bildirib ki, oktyabrın 19-dan bələdiyyə üzvlüyünə namizədliyin irəli sürülməsi prosesi başlayacaq.

Qeyd edək ki, MSK-nın bu gün keçirilən iclasında Azərbaycanda bələdiyyə seçkiləri bu il dekabrın 23-nə təyin edilib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir