“Bələdiyyənin siması” adlı müsabiqəyə start verilib

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin təşkilatçılğı və Belediyye.info internet resursunun dəstəyi ilə  bələdiyyələrin əsas atrubutlarından sayılan loqoların hazırlanmasına marağı artırmaq və mövcud olanlar arasında ən yaxşısını müəyyən etmək məqsədi ilə sentyabrın 1-dən etibarən “Bələdiyyənin siması” adlı müsabiqəyə start verilir.

Müsabiqə üzrə bələdiyyələrin mövcud loqoları sosial media platformalarında paylaşılacaq və ən çox bəyənilən və haqqında fikir bildirilən loqolar sonda  qaliblər sırasında olacaq. Dekabr ayında keçiriləcək  yekun tədbirdə qaliblərə diplom və hədiyyələr təqdim ediləcək.

Artıq 30-dan artıq bələdiyyə öz loqosunu təqdim edib. Bir ay davam edəcək layihədə hər bir bələdiyyənin öz loqosu ilə  iştirakı tövsiyə olunur.

Qeyd edək ki, layihənin yekun təqdimatı dekabr ayında  keçirilməsi nəzərdə tutulur.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.