Hüquq-mühafizə orqanlarının əməkdaşları Cəlilabad rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir.
Sabah.az xəbər verir ki, əməliyyat zamanı saxlanılanlar var.
Qeyd edək ki, Cəlilabad rayonunun icra başçısı 2018-ci ilin fevralın 6-dan Namiq Zeynalovdur.
Unikal.org-un məlumatına görə, RİH-nin başçısı Namiq Zeynalov rüşvət alarkən həbs edilib.
APA Agentliyi də saxlanılanlar arasında Cəlilabad RİH-nin başçısı Namiq Zeynalovun da olduğunu bildirib.
Qeyd edək ki, o, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənova yaxınlığı ilə tanınır.