Cəlilabadda suda boğulanın kimliyi məlum olub.
Həmin şəxs Cəlilabad rayonunun Sabirabad kənd sakini, 2007-ci il təvəllüdlü Mirhəsən Aftandil oğlu Şükürovdur. 17 yaşlı yeniyetmə kənddə yerləşən su bəndində boğulub.
Qeyd edək ki, yeniyetmə nənəsi ilə qaldığından hadisə qeydə alınan kəndin məktəbində 11-ci sinifdə təhsil alırdı.
Faktla bağlı araşdırma aparılır(apa).