Cəfər Cabbarlı adına Azərbaycan Kinostudiyasının direktoru Cəmil Quliyev vəzifəsindən azad olunub.
Mədəniyyət naziri Əbülfəs Qarayev əmr imzalayıb.
Əmrə əsasən, Azərbaycan Kinostudiyasının direktoru vəzifəsinin icrası Salnamə Film Studiyasının direktoru Nazim Hüseynova həvalə olunub.
Mədəniyyət Nazirliyinin mətbuat xidməti APA-ya məlumatı təsdiqləyib. Mətbuat xidmətindən bildirilib ki, C. Quliyev səhhəti ilə əlaqədar öz xahişi ilə tutduğu vəzifədən azad edilib.