“Cənab Prezident, dövlət kreditləşdirməni tamam öz öhdəsinə götürməli deyil” –

Mikayıl Cabbarov
04 Fevral 2020 - 01:09

“Cənab Prezident, sahibkarlığın dövlət tərəfindən dəstəklənməsi mexanizminin səmərəli olmasına baxmayaraq, dövlət kreditləşdirməni tamamilə öz öhdəsinə götürməli deyil”.

Azpost.info bildirir ki, bu sözləri İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, bank sektoru bu sahədə əsas mənbə rolunda çıxış etməli olsa da, uzunmüddətli maliyyələşmədə onun payı hələlik aşağı səviyyədədir: “Hazırda biz Mərkəzi Bankdan olan həmkarlarımızla real sektora bank kreditlərinin yönəldilməsi üçün atılacaq addımları müzakirə edirik. Burada dövlət mülkiyyətində olan bankların rolu daha yüksək ola bilər. Eyni zamanda, biznesin maliyyələşmə ehtiyaclarının qarşılanmasının yeni istiqaməti kimi ölkədə kapital bazarının, o cümlədən fond bazarının inkişafının sürətləndirilməsi və sərmayə fondlarının yaradılması ilə bağlı təkliflər hazırlanır”.