Cəlilabad rayon İcra Hakimiyyətində 5 boş vakansiya var. AzPost RİH-nin rəsmi saytına istinadla xəbər verir ki, hazırda başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, başçının müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, İnformasiya təminatı və təhlili sektorunun müdiri, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı, Memarlıq və tikinti şöbəsinin müdiri – baş memar ştatları boşdur.
Xatərladaq ki, Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovdur. O bu vəzifəyə 14 sentyabr 2021-ci ildə təyin olunub.