Cəlilabadda karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən 6 obyekt aşkarlanıb

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, bu istiqamətdə Cəlilabad Rayon İcra Hakimiyyəti, Rayon Polis Şöbəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən birgə  keçirilən tədbirlər zamanı rayon ərazisində fəaliyyət göstərən “Ulduz”, “Xəzri”, “Beer House”, “Alar” və digər bir kafedə, “Əli Tekstil” adlı tikiş sexində xüsusi karantin rejiminin qaydalarına əməl edilmədiyi, sosial məsafənin və mövcud preventiv tədbirlərin şərtlərinin pozulması halları aşkarlanıb. Karantin qaydalarının pozulduğu həmin obyektlərin fəaliyyəti ilə bağlı 9 nəfər şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar. Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gəncədə xəstəxananın hasarı uçdu, qaz xətti yararsız hala düşdü

Sonrakı məqalə

“İran Azərbaycan və Ermənistan arasında sülh yaratmağa hazırdır” –