Gəncədə xəstəxananın hasarı uçdu, qaz xətti yararsız hala düşdü- FOTO

Gəncə şəhərində səhər saatlarında yağan güclü yağış nəticəsində Mərkəzi Klinik Xəstəxananın hasarı uçub.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, xəstəxanaya məxsus diametri 76 mm olan yerüstü polad qaz xəttinin bir hissəsi yararsız vəziyyətə düşüb. Təhlükəsizlik tədbiri olaraq qaz təchizatı dayandırılıb.

Fəsadlar aradan qaldırılan kimi qaz təminatı da dərhal bərpa ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ümid edirik ki, sentyabrda dərslərə əvvəlki formada başlayacağıq”

Sonrakı məqalə

Cəlilabadda karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən 6 obyekt aşkarlanıb