Cəlilabadın sabiq icra başçısının ibtidai istintaqı başa çatıb

Cəlilabad rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işi üzrə toplanmış materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

Qeyd edək ki, N. Zeynalov Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

O, Cəlilabad Rayon İcra Hakimiyyətində keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb.

Prezident İlham Əliyevin Sərəncamı ilə N. Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

DSX helikopterinin “qara qutu”sundan götürülən uçuş parametrləri açıqlandı –

Sonrakı məqalə

“Pandemiya dövründə 387 min insan işə qəbul olunub” –