DSX helikopterinin “qara qutu”sundan götürülən uçuş parametrləri açıqlandı –FOTO

Baş Prokurorluq noyabrın 30-da Xızıda qəzaya uğrayan helikopterin bort məlumatlarının qeydiyyatçısından (”qara qutu”dan) götürülmüş helikopterin düşmə anında qeydə alınmış uçuş parametrlərini açıqlayıb.

Baş Prokurorluqdan verilən məlumatda deyilir:

“Bunların təhlili göstərir ki, helikopterin vertikal uçuş surəti Uçuş təlimatlarına zidd olaraq normadan artıq olub və helikopterin idarəçiliyinin itirilməsinə və qəzaya səbəb olub”.

Qeyd edək ki, noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində 14 hərbçi həlak olub, 2 hərbçi yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Yeni regional təhsil idarələri yaradıldı –

Sonrakı məqalə

Cəlilabadın sabiq icra başçısının ibtidai istintaqı başa çatıb