Cənub bölgəsində on aqrar-ekoturizm mənətqəsinə dəstək veriləcək

“AgriVision”  layihəsi  çərçivəsində seçilən 10 aqrar-ekoturizm məntəqəsinin qiymətləndirilməsi uğurla başa çatıb.

Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində inkişaf üçün dəstək verilməsi məqsədilə  Lənkəran şəhəri, Masallı, Astara və Lerik  rayonlarından olan 10 aqrar-ekoturizm məntəqəsi seçilmişdir.

“AgriVision” layihəsi çərçivəsində aqrar-ekoturizm məntəqələrinin  inkişaf üçün dəstək alınması məqsədilə müraciət etmələrindən ötrü  açıq elan verilib. 52 kənd təsərrüfatı müəssisəsi və fermer müraciət edib. Bu ilin fevral  ayında layihə mütəxəssisləri və beş turizim  şirkəti nümayəndələri, mövcud aqrar-ekoturizm məntəqələrinin potensialını, ehtiyaclarını qiymətləndirmək və hədəf bölgələrdə mövcud məsələləri və gələcək inkişafa imkan verən əlverişli mühiti qiymətləndirmək üçün bölgəyə səfərlər ediblər.

Qiymətləndirmə prosesi çərçivəsində layihə mütəxəssisləri və turoperatorlar seçilmiş aqrar-ekoturizm mənətəqələrinə baş çəkiblər. Hər məntəqənin inkişafı üçün lazım olan imkanları müəyyənləşdirbilər, təlim ehtiyaclarını öyrəndilər. Bundan əlavə, yerli dövlət orqanları rəsmiləri ilə müsahibələr aparılıb, yerli KOB Dəstək Agentliyi, Destinasiya Menecmentliyi Agentliyi, bu sahədə çalışan yerli QHT-lər və Biznes assosiyasiyalarının nümayəndələri ilə fokus qrup görüşləri keçiriblər.

Seçilmiş aqrar-ekoturizm mənətəqələrinə bu ehtiyaclara uyğun dəstək veriləcək.  Həm yerli hakimiyyət orqanları, həm də fermerlər “AgriVision” layihəsinin Lənkəran iqtisadi bölgəsində həyata keçirilməsini yüksək qiymətləndiriblər. Bu layihənin fermerlər üçün əlavə gəlir əldə olunmasına kömək edəcəyinə və bölgədəki iqtisadi inkişafa və şaxələndirilməyə kömək edəcəyinə inandıqlarını bildirdilər.

Layihə çərçivəsində seçilmiş aqrar-ekoturizm mənətəqələrinin siyahısı və məlumatları ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz.

http://ogp.org.az/index.php/2021/03/29/agr02021/

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tanınmış vəkil aztəminatlı təbəqəyə ödənişsiz hüquq yardım təklif edir –

Sonrakı məqalə

“Dünyada heç vaxt indiki qədər əkiz uşaqlar olmayıb” –