Cənubi Koreya prezidenti Ukraynaya gəlib- Zelenski ilə görüşəcək

Cənubi Koreya prezidenti Yun Sok Yel elan olunmamış səfərlə Ukraynaya gəlib.

Azpost.info xəbər verir ki, bu barədə yerli “Yonhap” agentliyi yazıb.

Agentliyin məlumatına görə, Cənubi Koreya lideri Buça və İrpen şəhərlərinə səfər edib. O, Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcək.

“Yohhap”ın məlumatına görə, Cənubi Koreya prezidenti Litvada NATO-nun sammitində iştirak etdikdən və daha sonra Polşaya səfər etdikdən sonra həyat yoldaşı Kim Keon Hi ilə birlikdə Ukraynaya gəlib. Zelenski ilə görüşdən əvvəl Yun Sok Yel Ukrayna hərbçilərinin abidəsi önünə gül dəstələri qoymağı planlaşdırır.

Azpost.info

Əvvəlki məqalə

Belarus Müdafiə Nazirliyi “Vaqner”lə əməkdaşlığın “yol xəritəsi”ni hazırlayıb

Sonrakı məqalə

“Rusiya ərazisinə öz silahlarımızla zərbələr endirməyə hazırıq”