“Rusiya ərazisinə öz silahlarımızla zərbələr endirməyə hazırıq”- ZALUJNI

“Kiyev yardım üçün tərəfdaş ölkələrə müraciət etmədən, öz silahları ilə Rusiya ərazisinə zərbələr endirməyə hazırdır”.

Azpost.info xəbər verir ki, bunu “The Washington Post”a müsahibəsində Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı deyib.

O xatırladıb ki, təchizatçı ölkələr tədarük olunan silahlardan Rusiya ərazisinə hücumlar üçün istifadə etməməyi tələb edir.

“Niyə mən öz xalqımı xilas etmək üçün düşmən ərazisində fəaliyyət göstərmək məsələsində kimdənsə icazə istəməliyəm? Bu, bizim problemimizdir və düşməni necə məhv edəcəyimizə özümüz qərar verməliyik”, – general hesab edir.

O, həmçinin vurğulayıb ki, əgər tərəfdaşlar öz silahlarından istifadə etməkdən qorxsalar, Ukrayna öz silahlarından istifadə edəcək. Eyni zamanda, Zalujnı qeyd edib ki, əks-hücum üçün Ukrayna qoşunlarında hələ də çatışmayan böyük resurslar lazımdır.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev xəbərdarlıq edib ki, Moskva Rusiyanın dərinliklərinə endirilən zərbələrə tez, sərt və qəti cavab verəcək. O, həmçinin təhdid edib ki, Krıma hücumlar olarsa, Kiyevin hakimiyyəti altında qalan bütün ərazini qisas gözləyir.

Azpost.info

Əvvəlki məqalə

Cənubi Koreya prezidenti Ukraynaya gəlib

Sonrakı məqalə

Sabah hava necə olacaq?