Rusiyanın Ukraynaya qarşı müharibəsinin ikinci ildönümü ilə bağlı Britaniyanın keçmiş baş naziri Boris Conson Kiyevə gəlib.
Azpost.info xəbər verir ki, bu barədə Ukrayna Radasının deputatı Aleksey Qonçarenko məlumat verib.
Conson özü qeyd edib ki, Rusiyanın xüsusi əməliyyatının ikinci ildönümündə Ukraynada olmaq onun üçün böyük şərəfdir.
“Ukraynalıların sarsılmaz cəsarətinə görə heç bir şübhəm yoxdur ki, onlar Putinin qüvvələrini məğlub edəcəklər və ölkədən qovacaqlar. Bir şərtlə ki, Ukraynaya lazım olan hərbi, siyasi və iqtisadi yardımı verək”, – Conson deyib.
Bu gün Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, İtaliya Baş naziri Giorgia Meloni, həmçinin Kanada və Belçika hökumət başçıları Castin Trüdo və Aleksandr de Kru də rəsmi səfərlə Kiyevə gəliblər.
Azpost.info